Daha bir müğənnimiz vətəni tərk etdi

12 Fevral 2013 22:29 (UTC+04:00)

Müğənni Ramal İsrafilov Bakını tərk etdi. AzNews.az-ın məlumatına görə, müğənni İstanbula gedib. Ramalın gediş səbəbi yeni yazdığı "Yağmur" mahnısıyla bağlıdır. O, yeni mahnını Türkiyədə aranjeman etdirərək tezliklə sevənlərinə təqdim edəcək.

Bundan başqa, bəstəkar-müğənninin yenicə bəstələdiyi mahnıları tezliklə Türkiyənin məşhur ifaçıları da oxuyacaq.
Qeyd ki, R.İsrafilovun mahnılarını Türkiyə ulduzu Alişan da repertuarına daxil edib.

Fuad Mədətov
AzNews.az