Meyxanaçının Bakı haqda dedikləri aranı qatdı

13 Fevral 2013 09:59 (UTC+04:00)
Meyxana ifaçısı Cavid iki ay bundan öncə Sumqayıtda keçirilən mərasimlərin birində söylədiyi popuridə bakılıları təhqir edib. Bu məsələ isə bir çoxlarının haqlı narazılığına səbəb olub.

Baş vermiş olayla bağlı məşhur meyxana ifaçısı Ağamirzə AzNews.az-a açıqlama verib. O, bildirib ki, bakılıları təhqir etmək üçün cəsarət lazımdır: "Bakını təhqir etmək olmaz. Cavid kimdir ki, bu yükün altına girsin"? Bunun üçün adamda iki baş lazımdır".

Bahar Rüstəmli
AzNews.az