Bomba xəbərini verən şəxs saxlanıldı

13 Fevral 2013 10:57 (UTC+04:00)


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 12-də saat 16.13-də Qazax rayon sakini Röyal Yolçuyev adlı şəxs "102" Zəng Mərkəzinə zəng edərək, rayondakı 1 №-li Orta Məktəbə bomba qoyulması barədə məlumat verib.
Məlumat Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, təsdiqini tapmayıb.

Araşdırma zamanı zəngin rayon sakini Həsrət Bayramov tərəfindən edilməsi müəyyən edilib və o, saxlanılıb.

AzNews.az