“Erməni qoşunları tank əleyhinə mərmilərdən istifadə edib” - Baş Prokurorluq

5 İyul 2017 16:20 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov brifinq zamanı deyib.

O qeyd edib ki, ötən gün qeydə alınan hadisə ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin yeddi maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

AzNews.az