Hafiz Hacıyev qərarını dəyişib : “Qulağı yox, başı kəsilsin”

13 Fevral 2013 11:55 (UTC+04:00)
"Erməni Əkrəm Əylisli ölkədən çıxıb getmək üçün xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət edib. Bizim partiyanın idarə heyəti Əkrəm Əylislinin müraciət etdiyi səfirliklərin nümayəndələrinin iştirakı ilə geniş toplantı keçirdi. Biz bir daha məsələni müzakirə etdik və bu qənaətə gəldik ki, Əkrəm Əylislinin qulağı yox, başı kəsilməlidir".

Bunu AzNews.az-a Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev yazıçı "Əkrəm Əylislinin qulagını kəsənə 10 min manat mükafar verəcəyik" vədindən geri çəkilməsi haqda xəbərlərə aydınlıq gətirərkən deyib. O bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gəlməsin deyə məlum qərardan vaz keçiblər: "Xarici ölkə səfirlərinin və Ağsaqqallar Şurasının xahişlərini nəzərə alaraq Əkrəm Əylislinin qulağının kəsilməsi qərarına hələlik veto qoymuşuq. Mənə elə gəlir ki, onun son günlərdə keçirdiyi stress kifayətdir".

Gülnar
AzNews.az