Amerikanın ən yaraşıqlı iti- Banana-Co

13 Fevral 2013 12:24 (UTC+04:00)


Banana-Co adlı bu it yarışmanın qalibi seçilib.

Amerikada hər il keçirilən yarışmada yüzlərlə it iştirak edib. "Westminster Kennel Club"da itlərin görkəmi və performansına önəm verilir. Münsiflərin sözlərinə görə, yarışmaya qatıldığı ilk gündən onların diqqətini cəlb edən Banana-Co qara rəngli olmasına baxmayaraq, çox şirindir və ağıllıdır. O münsifləri əyləndirməyi və güldürməyi ustalıqla bacarır.

AzNews.az