Əməkdar artist əməliyyat olundu

7 İyul 2017 18:23 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, aktyorun həkimi Cəfər Nəsirli deyib ki, İlham Hüseynovun vəziyyəti yaxşıdır:

“Əməliyyat uğurlu keçdi. Xəstə bu gün reanimasiyada olacaq, sabahdan isə palataya köçürüləcək”.

Qeyd edək ki, artroz xəstəliyindən əziyyət çəkən aktyor Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Korpusunda əməliyyat olunub.