Türkiyənin məşhur aktyoru Bakıda kimin qonağı olacaq? – FOTO

13 Fevral 2013 14:18 (UTC+04:00)

Klipmeyker Nail Naiboğlu Türkiyədən səfərdən qayıdıb. Səfərlə bağlı təəssüratlarını AzNews.az-a danışan N.Naiboğlu bildirib ki, Türkiyənin ən reytinqli seriallarından olan "Asi", "Eşq və Cəza", "Susqunlar" və başqalarının baş qəhrəmanı, məşhur aktyor Murad Yıldırımın İstanbuldakı evində qonaq olub. O, aktyorla görüşünün təfərrüatlarını açıqlayıb:

"Görüşümüz iş birliyi ilə bağlı oldu və müsbət razılığa gəldik. Murad mart ayında Bakıya gələcək. O, çəkəcəyim kliplərin birində rol alacaq. Həmçinin Murad Yıldırımın Bakıda pərəstişkarlarıyla görüşü təşkil olunacaq və görüş zamanı öz imzalı şəkillərini pərəstişkarlarına hədiyyə edəcək".

N.Naiboğlu onu da qeyd edib ki, məşhur aktyor Azərbaycan haqqında kifayət qədər məlumatlıdır:

"Murad Yıldırım Azərbaycan telekanallarını izləməklə yanaşı, xalq mahnılarımızı da yaxşı bilir və dinləyir".

Qeyd edək ki, bundan əvvəldə N.Naiboğlunun Türkiyənin bəzi məşhur sənətçiləriylə işbirliyi olub.

Fuad Mədətov
AzNews.az