Moskvadakı azərbaycanlılara bəd xəbər - DEPORTASİYA

13 Fevral 2013 15:06 (UTC+04:00)


Moskva rəhbərliyi qanunsuz miqrantlarla mübarizə aparmaq məqsədilə xüsusiləşdirilmiş xalq drujinaları yaradır. Artıq "miqrant ovu" ilə məşğul olacaq drujinaçılar ilk vəzifələrinə başlayıblar. AzNews.az Newsru-ya istinadən xəbər verir ki, ilk olaraq 122 nəfər işə qəbul edilib. Onlardan da 40 nəfərinə məşğələlər keçilib. Gələcəkdə drujinaçıların sayının 600 nəfərə qədər artması gözlənilir. Bu barədə məlumatı
"İnterfaks"a Moskva rəhbərliyindən Nikolay Azarov verib.


Dünəndən başlayan reydlərdə 100 miqrant saxlanılıb.
"Statistika göstərir ki, paytaxtda cinayətlərin 17 faizini yaxın xarici ölkələrdən gələn miqrantlar törədir" deyə Moskva polisinin rəhbəri Anatoli Yakunun bildirib. Onun sözlərinə görə, ötən il ərzində qanunları pozduğu üçün 33 min nəfər saxlanılıb ki, onlardan da 3 mini deportasiya edilib.

Ancaq bəzi qeyri-hökumət təşkilatları yeni təşəbbüsün əleyhinədir. "Vətəndaş həmrəyliyi" fondunun rəhbəri Svetlana Qannuşkina drujinaçıların miqrantlarla mübarizəyə cəlb edilməsinin əleyhinə çıxıb:

"Bu patrul xidmətinin əməkdaşları əsasən aqressiv insanlar olurlar. Əks təqdirdə normal adamın ağlına bazarda kimisi axtarmaq gəlməz. Nəticədə miqrantları qorxu altında saxlayacaqlar. Bu da yaxşı heç nə vəd etmir".

Elnarə Əlosmanqızı
AzNews.az