Küveyt xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb

13 Fevral 2013 16:34 (UTC+04:00)



Küveyt baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid əl-Həmad əs-Sabahın 50 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfəri başlayıb. APA-nın məlumatına görə, o sabah Bakıda keçirilən Azərbaycan və Küveyt hökumətlərarası birgə komissiyanın 2-ci iclasında iştirak edəcək. İclas zamanı iki ölkə arasında bir sıra rəsmi sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər naziri Elmar Məmmədyarovdur.

AzNews.az