Gülər Əhmədova həbs olundu - EKSKLÜZİV-YENİLƏNDİ

13 Fevral 2013 17:51 (UTC+04:00)


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin vidematerialları əsasında haqqında cinayət işi başladılmış sabiq millət vəkili Gülər Əhmədova barəsində şok məlumat əldə etmişik.

AzNews.az-ın əldə etdiyi məlumata görə Səbail rayon məhkəməsi sabiq millət vəkili haqda 2 aylıq həbs-qəti imkan tədbiri seçib.

Baş verənlərlə bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.

***
AzNews.az xəbər verir ki, Gülər Əhmədovanın yaxın qohumları bu dəqiqələrdə Bakı Şəhər Baş Prokurorluğunun qarşısına toplaşıblar. Onlar cinayət işinin gözlənilmədən məhkəməyə göndərilməsini qeyri-qanuni hesab edirlər və öz etrazlarını şüarlar halında səsləndirirlər.

***
Gülər Əhmədovanın qardaşı İlqar Mikayıloğlu "Qafqazinfo"ya açıqlamasında bacısının həbsini nə təsdiq, nə də təkzib edib. O ancaq bu cümləni deməklə kifayətlənib: "Bu barədə hər hansı açıqlama verə bilmərəm".

***
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə açıqlamasında bildirib ki, bu barədə yaxın dəqiqələrdə Baş Prokurorluq rəsmi məlumat yayacaq.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib.

Fakt üzrə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. G. Əhmədova cinayət işində təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Azər
AzNews.az