Prezident Dövlət Mülki Aviasiya Administrasiyasına direktor təyin etdi

13 Fevral 2013 18:13 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına direktor təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzərTAc-ına verdiyi məlumata görə, sərəncama əsasən Fuad Hidayət oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru təyin edilib.

AzNews.az