Ankarada 15 iyul şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılışı oldu - Foto

16 İyul 2017 12:24 (UTC+04:00)

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, paytaxt Ankarada keçirilən açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan da qatılıb.

Açılışda nitq söyləyən Ərdoğan "Şəhitlər abidəsi gələcək nəsillər üçün əbədi xatirə kimi qalacaq" deyib.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd zamanı 250 nəfər ölüb, 2193 nəfər insan yaralanıb.