Daşla dolu kisəni kəndirlə boğazına bağlayaraq özünü suya atdı - Ağsuda

16 İyul 2017 16:12 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün Yuxarı Şirvan kanalının Ağsu rayonu ərazisindən keçən hissəsində təxminən 60-65 yaşlarında kişinin meyiti tapılıb.

Meyit sudan çıxarılıb. Meyitin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.

Meyiti tapılan şəxsin intihar etdiyi ehtimal edilir. Məlum olub ki, o, daşla dolu kisəni kəndirlə boğazına bağlayaraq özünü suya atıb. Naməlum şəxsin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Kişinin şalvarının cibindən sellofana bükülmüş məktub da tapılıb.

Mərhum ölümünə görə heç kimi günahkar saymadığını, şikayət etmədiyini və arzularına çata bilmədiyi üçün özünü öldürdüyünü yazıb.

Hazırda onun kimliyinin müəyyən edilməsi və hansı səbəbdən ölməsi ilə bağlı Ağsu rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Meyiti tapılan şəxsin əynində qara şalvar, göy zolaqlı köynək olub, boyu təxminən 1.68 sm-dır.

Hadisə barədə məlumatı olan şəxslərdən (020) 226 51 23 telefon nömrəsi ilə Ağsu Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat vermələri xahiş olunur.