Qadının çantasından 9300 manat oğurladılar

16 İyul 2017 17:23 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Gəncə prospekti 57 ünvanının qarşısında baş verib. Naməlum şəxs və ya şəxslər 40 yaşlı Səidə Əliyevanın çantasından 9300 manat pul oğurlayıb.

S.Əliyeva məsələ ilə bağlı polisə müraciət edib. Araşdırma aparılır.