Mingəçevirdə 6 nəfər qidadan zəhərləndi

16 İyul 2017 19:21 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevirin “Şəfa” bağ massivində qeydə alınıb.Elə zəhərlənən qohumlar da bu ünvanda yaşayır. İlkin məlumata görə, bir süfrədə qarpız, yemiş, kətə yeyib “Cansu” içən qohumlar ağır zəhərlənmə keçirərək təcili xəstəxanaya çatdırılıb. Zəhərlənən şəxslərdən beş nəfərinin adı məlumdur.

2008-ci il təvəllüdlü Mustafazadə Aytac Sadiiq qızı

2009-cu il təvəllüdlü Mustafazadə Səbinə Sadiq qızı

2010cu il təvəllüdlü Məmmədzadə Vüsalə Vüsal qızı

2013-cü il təvəllüdlü MəmmədzadəUğur Vüsal oğlu

1990-cı il təvəllüdlü Məmmədova Aytən Mismir qızı

Azyaşlıların dördü də uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Aytən Məmmədovaya Təcili yardım şöbəsində gərəkli tibbi yardım göstərilib. Nəslin adı hələ müəyyənləşməmiş gənc hamilə gəlini isə ginekologiya şöbəsinə göndərilib. Əldə olunan məlumata görə, A.Məmmədovanın və hamilə xanımın durumu stabilləşib, uşaqların müalicəsi isə reanimasiya şöbəsində davam edir.