Bakıda kafedə dava düşdü

16 İyul 2017 19:42 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Həsənov Asif İsgəndər oğlu 34-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında Məhəmməd Hadi küçəsi 136 ünvanında yerləşən kafedə Razim adlı tanışı onu döyərək xuliqanlıq edib.

Şikayətçi dava-dalaşın hansı səbəbdən baş verdiyini bildirməyib.

Araşdırma aparılır.