Bakıda TV ofisinə basqın edən şəxs ölkədən qaçmaq istədi, tutuldu

16 İyul 2017 20:26 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Kambar Asif Ramiz oğlu Qazax rayonu ərazisində - “Qırmızı Körpü” buraxılış məntəqəsindən qonşu ölkəyə keçmək istəyərkən tutulub.

Qeyd edək ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Kamran İsmayılov daha əvvəl tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, məlum cinayətlə bağlı daha bir nəfər də axtarışdadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.