13 yaşlı qızını qumar borcuna verən ata

14 Fevral 2013 08:28 (UTC+04:00)


13 yaşlı qızını 30 min lirəyə satan əkinçi ata Ahmet Ç. ve kiçik qızı aldığı iddia edilən 20 yaşındakı Mehmet K. cinayət məsuliyyətinə cəlb edilib.

Atanın günahı subuta yetiriləcəyi təqdirdə onun 29 il azadlıqdan məhrum ediləcəyi gözlənilir. Ancaq gənc oğlan qızı pulla aldığı iddialarını rədd edərək "Ailəsi vermədi, biz də qaçdıq" deyə məhkəməyə ifadə verib.

Qızın atası tərəfindən qumar borcu qarşılığında satılması iddiasının isə ilk dəfə anası Havva Ş. dilə gətirib. Polis ananın şikayətinə əsasən qızın axtarışlarına başlayıb və onu bir çadırda tapıb. 20 yaşlı gəncin 13 yaşlı qızı ikinci arvad kimi aldığı ortaya çıxıb və onun qıza "Səni 30 min lirəyə atandan aldım" dediyi məlum olub.

Elnarə
AzNews.az