6 ay ərzində 133 vəzifəli şəxs barəsində cinayət işi açılıb - Korrupsiya ilə bağlı

17 İyul 2017 10:29 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2017-ci ilin I yarım ili ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

AzNews.az