İsrail TANAP-a qoşulur - 9 milyard kub qaz ixrac olunacaq

17 İyul 2017 11:10 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Milli İnfrastruktur, Energetika və Su Təchizatı Naziri Yuval Ştaynits bu barədə açıqlama verib.

Onun sözlərinə görə, bu barədə iki ölkə arasında danışıqlar çoxdan başlayıb və danışıqların 4-cü turunda tərəflər arasında razılıq əldə olunub.

Plana əsasən, boru kəmərinin Leviafan qaz mədənindən başlayaraq Türkiyə sahillərinə qədər irəliləməsi, daha sonra TANAP-a qoşulması nəzərdə tutulur. Layihə 2019-cu ilin sonunda işə salınacaq və kəmər vasitəsi ilə il ərzində 9 milyard kub qaz ixrac olunacaq.

Bəxtiyar Abbasov

AzNews.az