18 yaşlı gənc çimərkən boğuldu - Ürəyində...

17 İyul 2017 13:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rayonun Əniğoba kənd sakini Akif Allahyarov çimərkən boğularaq ölüb.

İlkin məlumata görə, Akif Allahyarov çimərkən özünü pis hiss edib və ürəyi dayanıb. Onun meyiti kanaldan çıxarılıb və Qusar Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda meyit ekspertiza olunur:

“Bizə onun ürəyində problem olduğu deyilib. Ekspertizanın nəticələri açıqlanandan sonra onun ölüm səbəbi dəqiq məlum olacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az