Yaponiyada dəhşətli istilər - 610 nəfəri gün vurdu

17 İyul 2017 17:18 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Yaponiyanın paytaxtı Tokioda havanın temperaturu 37 dərəcəyə çatır.

Məlumata görə, əsasən, Saitama, Fukuoka və Osaka prefekturalarında insanlar günvurmadan əziyyət çəkiblər. Tokioda azı 29 nəfər xəstəxanaya yerləşdirilib.

Meteoroloqlar temperaturun sabah da yüksək olacağı barədə xəbərdarlıq ediblər. Rəsmilər günorta vaxtı insanları mümkün qədər evdən çölə çıxmamağa çağırıblar.

Bəxtiyar Abbasov

AzNews.az