Azərbaycan atleti Avropa çempionu oldu

17 İyul 2017 23:44 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, çempionatda üç təkanla tullanma yarışlarında ölkəmizi təmsil edən Nazim Babayev 17,18 metr nəticə ilə turnirin qalibi olub. Bu nəticə ilə atletimiz şəxsi rekordunu yeniləyib.

Finlandiyalı Simo Lipsanen yarışı ikinci, Almaniya təmsilçisi Maks Heb isə üçüncü pillədə başa vurublar.

Avropada öz yaşıdları arasında birinci olan Nazim Babayev böyüklərdə yalnız İtaliya idmançısı Fabrizio Donatodan geri qalır.

Qeyd edək ki, Nazim Babayev 2015-ci ildə İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. Atlet, həmçinin cari ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının da çempionudur.