Rusiyada güclü zəlzələ - 7.8 bal

18 İyul 2017 09:37 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Berinq dənizində, Alyaskanın cənubunda qeydə alınıb.

Yeraltı təkanlar 200 kilometrlik məsafəni əhatə edib. Daha sonra 5.2 bal gücündə əlavə təkanlar olub.

Amerika Birləşmiş Ştatları Geoloji Araşdırmalar Mərkəzi Sakit Okean sahillərində sunami təhlükəsinin olması barədə xəbərdarlıq edib.

Bəxtiyar Abbasov

AzNews.az