27 yaşlı velosipedçini maşın vurdu

18 İyul 2017 09:56 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Dərgahi Mahir Musa oğlu idarə etdiyi “Mercedes” markalı 99 DH 457 dövlət nömrə qeydiyyatlı maşınla Qubanın Cimi kənd sakini, velosipedçi, 1990-cı il təvəllüdlü Möhlət Babayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən ölüb.

Fakt araşdırılır.

AzNews.az