İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatdı

18 İyul 2017 13:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Latviyanın rəsmi şəxsləri yola salıblar.