Şəbnəm Tovuzlu qəzadan danışdı: “DYP hadisəni qeydə almadı”(Video)

18 İyul 2017 16:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu qəzaya düşməsi xəbərinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, qəza keçirdiyi şəxslə öz aralarında razılığa gəliblər:

“Biz avtomobilimizin toqquşduğu insanla öz aramızda razılığa gəldik, “sür, çıx get” dedilər. Biz də gəldik. Mənə həkimə çatmaq lazım idi”.

Şəbnəm Tovuzlu Mingəçevir Dövlət Dram Teatrında keçirəcəyi konsertin təxirə düşməsinin səbəbini belə izah etdi:

“Biletlərim satılmışdı. Mən iki gün öncə bu konserti təxirə saldım, gəlməyəcəm demişdim. Çünki, mənə qarşı təşkilatçılıq düz qurulmamışdı. Mən yaxşıyam. Sizləri öpürəm”.

Qeyd edək ki, Müğənni Şəbnəm Tovuzlu iyulun 17-də Mingəçevir Dövlət Dram Teatrında konsert keçirəcəyini bildirmişdi. Konsert günü onun qəzaya düşməsi ilə bağlı məlumat yayılsa da Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillərin toqquşması barədə qəzanın qeydə alınmamasını qeyd edib.

Bahar RÜSTƏMLİ

AzNews.az