Monqolustanın yeni prezidenti dövlət iqamətgahında yaşamaqdan imtina etdi - Foto

18 İyul 2017 23:21 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, son 63 ildə Monqolustanın bütün prezidentləri Boqd-Xan-Uul dağlarında ciddi qorunan iqamətgahda yaşayıblar.

Bunun əvəzində Battulqa paytaxtda Mərkəzi poçtla üzbəüz yerləşən evdə yaşayacaq. Hər gün iş yerinə, yəni Prezident Aparatına isə 400 metrlik məsafəni piyada gedib-gələcək.

Prezident administrasiyası ümid edir ki, bundan sonra bir çox məmurlar da bahalı maşınlardan, cah-cəlallı evlərdən imtina edəcək.