Azərbaycanda istehsal olunan ÜDM-in həcmi açıqlandı

19 İyul 2017 22:11 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artıb, neft-qaz bölməsində isə 6,6 faiz azalıb.

Ümumi daxili məhsulun 13 195,2 milyon manatı sənayedə, 3 414,6 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 2536,8 milyon manatı tikintidə, 2249,6 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 1559,9 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 milyon manatı informasiya və rabitə sahələrində, 4711,7 milyon manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 2247,8 milyon manat təşkil edib.