Mosul şəhərinin işğaldan azad edilməsi 40 min insan həyatı bahasına başa gəlib

20 İyul 2017 12:10 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərdə humanitar vəziyyət olduqca acınacaqlıdır. İraqın sabiq maliyyə naziri Xoşiyar Zəbari yüzlərlə dağıntının altında insan meyitlərinin hələ də qalmaqda olduğunu bildirib.

İraqın baş naziri Heydər əl-Əbədi ötən həftə rəsmi olaraq Mosul şəhərində İŞİD-ə qarşı qələbə qazandıqlarını elan etmişdi.

Mosul şəhəri qələbəyə qədər 3 il müddətində İŞİD-in işğalı altında qalıb.

Bəxtiyar Abbasov

AzNews.az