Bu bələdiyyə torpağında yanğın olub

20 İyul 2017 16:01 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 20-ci km-də qeydə alınıb.

Ərazidə kol-kos və iri gövdəli ağaclar yanıb.

Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və və xeyli sayda canlı qüvvəsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Alovun Hirkan Milli Parkına keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

AzNews.az