Müdafiə Nazirliyi fotonu təkzib edir: “Fotoşopdur“

14 Fevral 2013 11:12 (UTC+04:00)
Dünən facebookda orduda dedovşina faktı ilə bağlı növbəti bir foto paylaşılıb. Həmin fotoda əsgərlər diş pastası ilə bellərinə VİVA sözünü yazıblar.

Bununla bağlı "Qafqazinfo"ya açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayorTeymur Abdullayev bildirib ki, bu şəkil həqiqəti əks etdirmir. O bildiri ki, bu foto VİVA BAKU Photostudio adlı Facebook səhifəsində yerləşdirilib: "Həmin səhifəyə baxdıqda guya şəhərin mərkəzində hansısa binanın önünə və yaxud küçəyə otlardan yazılmış VIVA şəkillərinə rast gəlmək olar. Sözsüz ki, bunlar photoshopda işələnmiş ucuz, saxta reklamlardır. Əsgərlərlərlə bağlı yayılan foto da həmçinin. Çox təəssüf ki, bəzi saytlar araşdırma aparmadan ağı qaradan seçmədən bu cür şəkli informasiyaya çeviriblər. Həmin şəklin bizə ümumiyyətlə aidiyyatı yoxdur. Biz KİV-ləri belə məsələlərdə diqqətli və həssas olmağa çağırırıq".

AzNews.az