AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, onun F1 yarışlarına qatılmasına icazə verən superlisenziya avqustun 3-də verilib.
Həmin superlisenziya Şumaxer və FİA-nın (Beynəlxalq avtomobil federasiyası) prezidenti Jan-Mari Balestr tərəfindən imzalanıb.
Bu sənəd hazırda Riçmond adlı kaliforniyalı kolleksionerə məxsusdu. O, bu sənədi ebay-də satışa çıxarmaq qərarına gəlib.
Kolleksionerin sözlərinə görə, bu superlisenziya orijinaldır və Almaniyada hərracda əldə olunub. Superlisenziyanın ilkin satış qiyməti 11.5 min dollardır.
Fəridə Abdullayeva
AzNews.az