Sabirabad sakini kanalda boğuldu

20 İyul 2017 22:12 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Qalağayın kəndində Sabir kanalında batan 1979-cu il təvəllüdlü Şirəliyev Nizam Rəis oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:22-də başa çatıb.