Xəstə beyin əməliyyatı zamanı gitara çaldı - Video

20 İyul 2017 22:29 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, nevroloji nasazlığı aradan qaldırmaq üçün cərrahlar 7 saat beyin əməliyyatı etməli olublar. Əməliyyat zamanı cərrahlar xəstədən gitara çalmağı xahiş ediblər. Bununla onlar əməliyyatın gedişatının uğurlu olub-olmadığını yoxlamağa çalışıblar.

Cərrah Şaran Şrinivasan bildirib ki, xəstə əməliyyat boyu ayıq olub. Musiqiçi gitara çala bilmədiyindən, əlləri sözünə baxmadığına görə həkimlərə müraciət etməli olub. Əməliyyatın sonunda isə Abxişek barmaqlarını istədiyi kimi hərəkətə gətirdiyini bildirib.