Polşanın xarici işlər naziri Bakıya gələcək

21 İyul 2017 09:54 (UTC+04:00)

"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər oktyabrda baş tutacaq.

Səfər zamanı XİN rəhbəri Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, o cümlədən iqtisadi əməkdaşlığı, regional və beynəlxalq problemləri, həmçinin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı müzakirə edəcək.

AzNews.az