Gömrükdə külli miqdarda siqaret aşkarlandı

21 İyul 2017 11:27 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən (DGK) AzNews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində sağ və sol yan örtüklərin altında və qabaq sağ qanadın altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.