Əməkdar artist Türkiyədə açılan Qarabağ parkından danışdı- “Sevincimdən göylərin zirvəsindəyəm”

22 İyul 2017 10:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova məlumat verib. Onun sözlərinə görə, parkın yerləşdiyi küçəyə Qarabağ adı veriləcək:

“Sevincimdən göylərin zirvəsindəyəm. Allahdan bir istəyim var. Bu xöşbəxtliyi çox yaxın zamanda Qarabağımızın özündə yaşayaq”.

Aybəniz Haşımova qeyd edib ki, parkın açılışı münasibəti ilə böyük konsert proqramının keçirilməsi nəzərdə tutulub:

“Qızım Aynişan, rəhbəri olduğum “Sənət akademiyası”nın tələbəsi Nicat Caniyev və gözəl mügənnimiz İlham Əskəroğlu çıxış edəcək”.

Bahar RÜSTƏMLİ

AzNews.az