70 kənd sakinini oğurladılar - 7-si öldürüldü

22 İyul 2017 20:59 (UTC+04:00)

AzNews.az France Press agentliyinə istinadən xəbər verir ki, kəndlilərdən 7-si öldürülüb, 30 nəfəri isə azad olunub. Əfqanıstanda insan hüquqları üzrə müstəqil komitə şənbə günü Kandaharı Tarinkot şəhəri (Uruzqan vilayəti) ilə birləşdirən yol rayonunda 70-dən çox insanın silahlı dəstə tərəfindən oğurlandığına dair məlumat dərc edib. Təşkilatın bildirdiyinə görə, 40-dan çox sakin hələ də əsirlikdədir.