Parlament ölkənin cənubunda hərbi vəziyyətin uzadılması təklifini bəyəndi

22 İyul 2017 22:41 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Filippin konqresi senatının və nümayəndələr palatasının üzvləri Prezident Rodriqo Dutertenin ölkənin cənubunda hərbi vəziyyətin uzadılması barədə təklifini müzakirə ediblər. Konqresin hər iki palatasının birgə sessiyasında 261 deputat təklifin lehinə, 18 nəfər isə əleyhinə səs verib. Sessiyada ümumilikdə 279 deputat iştirak edib.

Xatırladaq ki, Mindanao adasında yaraqlılarla hökumət qoşunları arasında baş vermiş silahlı toqquşmaya görə Prezident R.Duterte hərbi vəziyyət elan edib. Hərbi əməliyyatlar təqribən 500 nəfər yaraqlının toplaşdığı Maravi şəhərində davam edir.