Məşhur jurnalistin oğlu zəhərləndi - Universitetdəki yanğında

22 İyul 2017 23:47 (UTC+04:00)

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, zəhərlənən abituryentlərdən biri tanınmış aparıcı Tahirə Məmmədqızının oğludur.

Bu haqda aparıcı sayta açıqlamasında deyib: "Oğlumu digər zəhərlənənlərlə birlikdə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə apardıq. Hazırda evdəyik. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya çatdırılanda durumu çox pis idi. Bir saat bizdən hər şeyi gizlətdilər. Çox qorxdum. Allahıma şükür edirəm ki, hər şey yaxşı qurtardı”.