Azərbaycan dilində klaviatura hazırlanıb

14 Fevral 2013 13:01 (UTC+04:00)


Trend-in məlumatına görə, bu barədə cümə axşamı AMEA-nin məlumatında deyilir.

Məlumatda deyilir ki, yeni klaviaturada hərflər əlifba sırası ilə düzüləcək. Tarixdə yaradılan ilk klaviatura ingilis dilinə uyğunlaşdırılıb və mexaniki çap maşınlarının əsasında yaradılıb.

Çap maşınlarında isə tez-tez rast gəlinən hərflər arasında məsafə qoyulub ki, çap maşınlarında problem yaşanmasın. Amma bunu kompüter klaviaturalarına tətbiq etmək düzgün deyil, çünki yazının sürətinin artması və əlin yorulmaması üçün tez-tez rast gəlinən hərflər yanaşı yerləşməlidir. Az enerji itirməklə maksimum sürət əldə etmək yeni klaviaturanın başlıca prinsiplərindən biridir.
Yeni klaviatura vizual görünüşcə hazırda istifadə etdiyimiyimiz klaviaturalardan fərqlənməyəcək.