Salvadorun futbolçusu ABŞ millisinin üzvünü dişləyib - Video

23 İyul 2017 16:05 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Salvador millisinin futbolçusu Romero ABŞ millisinin hücumçusu Jozi Altidoranı oyun vaxtı dişləyib.

Salvadorun digər futbolçusu Darvin Seren isə ABŞ-lı müdafiəçi Omar Qonzalesə qarşı kobud hərəkət edib. Bu səbəbdən hər iki futbolçu cəzalandırılıb.

Romero 6 oyunluq, Seren 3 oyunluq millidən kənarlaşdırılıb.

Oyun 2-0 hesabı ilə ABŞ millisinin xeyrinə başa çatıb.

Fəridə Abdullayeva

AzNews.az