Maykl Ceksonun sevimli şimpanzesinin çəkdiyi rəsmlər hərracda satıldı - 4 min dollara (Video)

23 İyul 2017 19:41 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, əldə edilən gəlir Floridada primatların qorunması fonduna köçürüləcək.

Hərracda meymunların çəkdiyi 50 rəsm sərgilənib. Rəsmlərin hər birinin qiyməti 40002 min dollar arasında satışa çıxarılıb.

Qeyd edək ki, Maykl Cekson Babblz ləqəbli meymunu 1983-cü ildə alıb. Şimpanze musiqiçini mütəmadi olaraq qastrollarda müşayət edirdi, Neverlend rançosunda yaşayırdı və Ceksonla eyni yataqda yatırdı.

2003-cü ildə Mayklın oğlu doğulanda o, sevimli ev heyvanı ilə uzaqlaşmalı olur. Maykl Babblzın uşağa xətər yetirəcəyindən ehtiyat edirdi.

2004-cü ildən Babblz Floridada primatlar üçün mərkəzdə yaşayır.