Tovuzda iki minik avtomobili toqquşub

23 İyul 2017 20:26 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. “VAZ2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər qadın yüngül xəsarət alıb.

Ona hadisə yerində tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.