“Azərbaycanca başa düşürəm“- Serj Sarkisyan- VİDEO

14 Fevral 2013 14:15 (UTC+04:00)


Ermənistan prezidenti Serj Sarkisyana öz ölkəsində azərbaycanca müraciət edilib. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, seçkiqabağı kampaniya çərcivəsində Sarkisyan Vardanesdə (Basarkeçər) yaşlı bir şəxs mədhiyyə oxuyub.

Kağızdakı mətni oxuyan kişi sonda belə deyib: "İndi mənim mətnimdən aralanaq. Mən ürəkdən sizə bir-iki kəlmə deyəcəm".

Yaşlı kişi ürəkdən Azərbaycan dilində danışmağa başlayıb. Sarkisyan ona cavab verib: "Deyəsən siz keçmiş üçün darıxmısınız?".

Kişi dediklərini erməni dilinə tərcümə etməyə çalışanda isə Sarkisyan tərcüməyə ehtiyac olmadığını deyib. "Yəqin siz unutmusunuz ki, mən bu dildə başa düşürəm".

Kişinin ürəkdən dedikləri sözlər isə bundan ibarət olub: "Söz qiymətlidir. Xüsusilə də kişinin və prezidentin sözü. Onu tapdalamaq lazım deyil".




AzNews.az