“Lenovo” qatlana bilən planşetin prototipini təqdim etdi - Video

25 İyul 2017 14:02 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət yeni “Folio” modelini “LenovoTech World 2017” sərgisində nümayiş etdirib.

Planşetin ekranı 7.8 düym və 1440*1920 pikseldir. Planşet qatlanan zaman isə ekranın ölçüsü 5.5 düym olur. Cihaz Android 7.0 Nougat Əməliyyat Sistemi əsasında çalışır.

“Folio”nun nə vaxt satışa çıxarılacağı barədə hələlik heç bir açıqlama verilmir. Qatlana bilən ekranların hazırlanmasında poliimid tipli polimerdən istifadə olunur. Bu tipli smartfonların 2018-ci ildə bazara çıxarılacağı proqnozlaşdırılır.

Bəxtiyar Abbasov

AzNews.az