Fransa qonşu ölkələrdən kömək istədi - 10 min əhali təxliyə edildi + (Video)

26 İyul 2017 10:17 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Borm le Mimoza şəhərində azı 10 min sakin təcili şəkildə evlərindən təxliyə ediliblər. Yanğın zamanı 37 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 15-i zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İki gün əvvəl başlayan yanğınlar artıq 3 min hektar ərazini əhatə edib. Bundan başqa, Korsika adası, Karro və Sen-Trope şəhərlərində də yerli təsərrüfata ciddi ziyan dəyib. Yerli rəhbərlik yanğınların qarşısını almaq üçün qonşu ölkələrdən də kömək istəyib.

Bəxtiyar Abbasov

AzNews.az