Ərdoğana yaxın qəzet Azərbaycandakı prezident seçkilərindən yazıb

14 Fevral 2013 15:48 (UTC+04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) əsas təbliğat vasitələrindən biri olan "Zaman" qəzeti Cənubi Qafqazda keçirləcək seçkilər barədə analitik məqalə dərc edib.

"Zaman" qəzetində dərc olunmuş "Kafkasyada seçim yarışı başladı" başlığı ilə dərc olunmuş məqaləni qısa ixtisarla təqdim edirik:

Cənubi Qafqaz ölkələrində 2013-cü ildə keçiriləcək prezident seçkiləri bölgədəki tarazlıq baxımından böyük əhəmiyyət daşıyır. Seçkilər ərəfəsində ölkələr xarici problemlərdən artıq daxili problemlərlə məşğuldur.

Azərbaycan və Ermənistan Dağlıq Qarabağla bağlı həll müddətini daxili siyasətə daha artıq enerji sərf etmək üçün təxirə alıb, Gürcüstanda isə yeni hökumət qurulacaq bir xarici siyasət üçün tarazlığın qorunması yönündə mücadiləyə girişib.
Prezident seçkiləri zamanı bölgəyə yönələn daha bir əhəmiyyətli inkişaf isə keçmiş sovetlər ərazisində Rusiyanın liderliyi ilə yaradılmağa çalışılan Avrasiya Birliyi məsələsidir. Rusiya, Qazaxıstan və Belarus tərəfindən imzalanan gömrük ittifaqının qüvvəyə minməsiylə digər keçmiş sovet respublikalarının da birliyə qatılacağı proqnozlaşdırılır. Rusiyanın bu cəhdləri Qafqazdakı hakimiyyətlərin xarici siyasət prioritetlərinə təsir etməkdədir.

2013-cü ilin oktyabrında Azərbaycanda keçiriləcək seçkilərdə indiki president İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olacağı gözlənilir. Yeni Azərbaycan Partiyası üzvləri və bu partiyadan olan İlham Əliyevin namizdəliyini dəstəklədiklərini ifadə edirlər. Azərbaycanın tarazlaşdırılmış siyasətini Heydər Əliyevdən qəbul edən İlham Əliyev bütün ölkələrlə eyni məsafədə əlaqə qurmağa üstünlük verir.

2013-cü il seçkilərində İlham Əliyevin ən şanslı namizəd olaraq görünməsinin ən əhəmiyyətli səbəbi müxalifətin hələ güclü bir namizəd üzərində razılığa gəlməməsidir. Buna rəğmən Müsavat Partiyasının başqanı İsa Qəmbər namizəd olaraq göstərilib. Xatırlatmaq lazım gəlir ki, 2003-cü ildə keçirilən seçkilərdə İsa Qəmbər namizəd olub, ancaq İlham Əliyevə məğlub olub. Bununla birlikdə, müstəqillik dövründə yaradılmış partiyaların liderlərinin də seçkilərə qatılması gözlənilir. Bunlar fərqli siyasətə sahib olan "Ədalət və İnkişaf" blokundan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, REAL Hərəkatının lideri İlqar Məmmədovdur. Fevralın 4-də İsmayıllıda baş verən hadisələrdə təqsirlındirilərək həbs edilən İ.Məmmədov fevralın 5-də REAL Hərəkatı tərəfindən rəsmən prezidentliyə namizəd olaraq göstərilib. Bu siyasətçilərdən başqa Əbülfəz Elçibəydən miras qalan AXCP -nin lideri Əli Kərimlinin də namizəd olacağı gözlənilir.
Azərbaycan, Gürcüstan və Ermənistanda keçiriləcək prezident seçkiləri bölgənin qısa və orta müddətə sahib olacağı problem və ya həlləri ortaya çıxaracaq. Azərbaycan və Ermənistanda eyni liderlərin vəzifəyə davam etməsi Dağlıq Qarabağa istiqamətli situiasiyanın davam etməsini təmin edə bilər, ancaq Gürcüstanda yeni hökumətə yaxın bir nəfərin vəzifəyə gəlməsiylə Abxaziya və Cənubi Osetiya ilə bağlı müsbət inkişaflar yaşana bilər. Bundan əlavə olaraq, Gürcüstanın bölgə ölkələrinə yönəlmiş tarazlaşdırılmış siyasəti ancaq yeni prezident və hökumətin qarşılıqlı razılığı ilə qoruna biləcək.

AzNews.az